Orta səviyyə mərhələsinin birinci hissəsində
qrammatik dərslərlə bərabər tələbəni danışıq səviyyəsinə hazırlamaqdan ötrü
onun söz bazasını inkişaf etdirmək üçün hər dərs ona 15 söz öyrədilir. Bu lüğət
məişətdə tez-tez rast gəlinən sözlərdən ibarətdir. Sonra tələbənin öyrəndiyi
yeni sözlər söz birləşmələri və cümlələr şəklində işlədilərək onun dil öyrənmək
səviyyəsini daha da mükəmməlləşdirir. Burada, saytda yerləşdirilən lüğət səkkiz
dərslikdir (bir aylıq). Qalan dərslərin lüğətini isə tələbələr ƏZHƏR mərkəzindən
əldə edə bilərlər.